04 Yanvar 2025, 20:47
FUTBOL
İspaniyanın “Barselona” klubunun iki futbolçusu - Dani Olmo və Pau Viktora La Liqa tərəfindən lisenziya verilməyib.
Matc.az xəbər verir ki, bu brədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
Kataloniyalılar yanvarın 3-də maliyyə tələblərini yerinə yetirsələr də, futbolçuları qeydiyyata alınmayıb.
İspaniya Kral Futbol Federasiyasının qaydalarına əsasən mövsümün gedişində lisenziyası ləğv edilən oyunçu həmin mövsümdə eyni komandada yenidən lisenziya əldə edə bilməz.