04 Yanvar 2025, 21:06
FUTBOL
"Şamaxı" qış fasiləsində növbəti transferini reallaşdırıb. Komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb.
"Şamaxı" qış fasiləsində növbəti transferini reallaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmasının sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın "Levadiya" klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin "Nomme Yunayted"klubunda çıxış edib.