04 Yanvar 2025, 21:15
FUTBOL
Türkiyə I Liqasında 18-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da fomasını geyindiyi "Ankaragücü" bu dəfə evdə "Keçiörengücü" ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renaldo Cefas dubl edib (39-cu, 55-ci dəqiqələrdə).
Renat da bu oyunda iştirak edib. 25 yaşlı hücumçu meydana 67-ci dəqiqədə Riad Bayiçin əvəzinə daxil olub.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Ankaragücü" 27 xalla 5-ci, eyni xala malik "Keçiörengücü" isə 6-cıdır.