04 Yanvar 2025, 22:00
FUTBOL
"Barselona" La Liqanın Daniel Olmo və Pau Viktoru qeydiyyatdan keçirməkdən imtina etməsi ilə bağlı İspaniyanın Ali İdman Şurasına (CSD) və ya arbitraj məhkəməsinə müraciət edəcək.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Qeyd edək ki, bu gün La Liqa və İspaniya Futbol Federasiyası "Barselona"nın Olmo və Viktoru qeydiyyatdan keçirməkdən imtina etdiyini rəsmən təsdiqləyib.