06 Yanvar 2025, 09:35
FUTBOL
"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne “şəhərlilər”dən ayrılacağı haqda yayılan məlumatlara münasibət bildirib. Matc.az xəbər verir ki, o, bu informasiyaları təkzib edib.
Belçikalı yarımmüdafiəçi bildirib ki, insanların nə dedikləri ilə maraqlanmır: “Əvvəlki səviyyəmə çatmaq istəyirəm. Hiss edirəm ki, hər həftə daha yaxşı formada oluram. Artıq 90 dəqiqə oynaya bilirəm. Zədəyə görə yaşadığım çətin anlar geridə qaldı”.
Xatırladaq ki, Kevin de Brüyne ilə Səudiyyə Ərəbistanı və ABŞ klublarının danışıqlar apardığıhaqda xəbərlər yayılmışdı.