“Fənərbağça”nın vitse-prezidenti Acun Ilıcalı sensasion açıqlama verib. Matc.az xəbər verir ki, o, “Hatayspor”a qalib gəldikləri (2:1) çempionat görüşündən sonra əzəli rəqibləri “Qalatasaray”ı ittiham edib.

Acun hakimlərin “Fənər”ə təzyiq etdiyini deyib. O bildirib ki, “Göztəpə” və “Eyüpspor”la matçlarda “sarı-lacivərtlilər”in penaltisi verilsəydi, indi “Qalatasaray”dan 8 deyil, 4 xal geridə idilər: “Qalatasaray” üsyan edir, federasiya ilə məhkəmədədirlər. Amma onlar neçə xal itiriblər? Sıfır. Biz isə 4 xal itirmişik. "Qalatasaray” öz meydanında dünya çempionatından əvvəl qırmızı vərəqə alıb. İki il yarımdı ki, qırmızı vərəqə görməyiblər. Bu, komediya filmidi”.

Ilıcalı “Qalatasaray”ın açıq-aşkar irəli çəkildiyini iddia edib. O, hazırda Türkiyə futbolunda ədalət olmadığını, hakimliyin isə dəfn olunduğunu bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest