"Liverpul"un hücumçusu Məhəmməd Salah diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, o, bunu İngiltərə Premyer Liqasının 20-ci turunda "Mançester Yunayted"lə matçda qol vurmaqla bacarıb.

Cari mövsümdə Premyer Liqada 19 matçda 18 dəfə fərqlənən Salahın “Mançester Yunayted”ə vurduğu qol onun İngiltərə çempionatı karyerasında 175-ci qolu olub. Bununla da misirli futbolçu “Arsenal”ın sabiq hücumçusu Tyerri Anriyə çatıb. Hazırda Salah Anri ilə birlikdə 7-ci yeri bölüşür.

Qeyd edək ki, İngiltərə çempionatı tarixində ən çox qol vuran futbolçu isə Alan Şirerdi (260 qol).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest