PSJ iki futbolçusu - Randal Kolo Muani və Milan Şkrinyar ilə yolları ayıracaq. Matc.az xəbər verir ki, hər iki oyunçu Fransa Superkubokunun “Monako”ya qarşı matçında (1:0) parislilərin heyətinə salınmayıb.

Məsələ burasındadı ki, PSJ-nin baş məşqçisi Luis Enrike onları daha ixtiyarında görmək istəmir. O, rəhbərliklə söhbətində bu fikrini çatdırıb. PSJ bu ay Muani və Şkrinyarı başqa kluba satmağa və ya icarəyə göndərməyə cəhd edəcək.

Qeyd edək ki, Şkrinyarın adı “Qalatasaray” ilə birgə hallanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest