"Atletiko"da ayrılıq baş verib. Matc.az xəbər verir ki, Madrid klubu italiyalı idman direktoru Andrea Berta ilə yolları ayırıb.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Qeyd edək ki, “Atletiko”da fəaliyyətə 2013-cü ildə klubun beynəlxalq skautinq şöbəsində başlayan Berta 2017-ci ildən idman direktoru vəzifəsində idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest