06 Yanvar 2025, 15:16
FUTBOL
Patrik Klyuvertin yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, “Barselona” və Niderland millisinin sabiq hücumçusu maraqlı seçimlə diqqət çəkib.
O, İndoneziya yığmasının baş məşqçisi olmağa razılaşıb. 48 yaşlı mütəxəssis indoneziyalılarla 2+2 illik müqavilə imzalayacaq. Klyuvertin təqdimatı yanvarın 12-də baş tutacaq.
Qeyd edək ki, Patrik Klyuvertin son iş yeri 2023-24 mövsümündə çalışdırdığı “Adana Dəmirspor” olub.