“Qarabağ”ın hücumçusu Olavio Junionyonun “Sevilya”ya transferinin detalları müəyyənləşib. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yaxın günlərdə keçid rəsmiləşəcək.

Bu transfer Azərbaycan çempionuna 4 milyon avro qazandıracaq. Bunun 3 milyonunu “Sevilya”, 1 milyonunu isə Juninyo öz cibindən ödəyəcək.

Ağdamlıların qazancı bununla yekunlaşmaya bilər. Belə ki, “Sevilya” Juninyo orada olduğu müddətdə Çempionlar Liqasına vəsiqə qazanacağı hər mövsümə görə daha 250 min avro ödəməli olacaq. Üstəlik, braziliyalının növbəti satışından əldə olunacaq gəlirin 20 faizi “Qarabağ”a veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest