Kolumbiya millisinin futbolçusu Hames Rodriges komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi La Liqa təmsilçisindən ayrılmağı düşünür.

Hames rəhbərlikdən müqaviləyə xitam verilməsini tələb edib. O, baş məşqçi İniqo Pereslə yola getmədiyi üçün bu qərara gəlib.

Qeyd edək ki, Hames Rodriges bu mövsüm “Rayo Valyekano”nun heyətində 7 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest