2025-26 mövsümündən Almaniya Bundesliqasında yeni texnologiya tətbiq olunacaq. Matc.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Knut Kirçer məlumat verib.

Onun sözlərinə görə, gələn mövsüm ölkə çempionatında yarımavtomatik ofsayd aşkarlama texnologiyasından (SAOT) istifadə ediləcək. Bu sistem mübahisəli epizodlara tez və dəqiq aydınlıq gətirməkdə köməklik edəcək. Yarıavtomatik ofsayd aşkarlama sistemindən DÇ-2022-də də istifadə olunmuşdu.

Texnologiya hazırda İngiltərə Premyer Liqasında istifadə olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest