07 Yanvar 2025, 11:43
FUTBOL
“Liverpul”un müdafiəçisi Vircil van Deyk klubu ilə müqaviləsini yeniləyəcək. Matc.az xəbər verir ki, Niderland millisinin üzvünün “Real”a keçidinin baş tutmama səbəbi müəyyənləşib.
“Kral klubu” 33 yaşlı mərkəz müdafiəçisi ilə maraqlansa da, ispanlar sonradan fikirlərindən vaz keçiblər. Madrid təmsilçisi yaşla əlaqədar şübhə edib. Bu üzdən “Real” danışıqları dondurmaq qərarına gəlib. Van Deyk “qırmızılar”la müqaviləsini 2028-ci ilin yayınadək uzadacaq.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da oynayır.