Çinin məşhur futbol klubu “Quançjou” peşəkar səviyyəli turnirlərdə iştirakdan imtina edib. Matc.az xəbər verir ki, buna səbəb klubun külli miqdarda borclarının olmasıdı.

Bu üzdən 7 qat ölkə çempionu peşəkar statusunu itirib. Quançjou şəhərinin təmsilçisi kifayət qədər vəsait toplaya bilmədiyi üçün fəaliyyətini davam etdirməmək qərarına gəlib.

Qeyd edək ki, 1954-cü ildə təsis edilən “Quançjou” 2011-2017-ci illər aralığında ardıcıl 7 dəfə ölkə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest