“Qarabağ”ın hücumçusu Juninyo Olavionun ölkəsi Braziliyaya qayıtmaq variantı olub. Matc.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvard “Flamenqo”dan təklif alıb.
Braziliyanın tanınmış klubu “Sevilya”dan sonra hərəkətə gəlib. Onlar hətta futbolçuya İspaniya təmsilçisinin təklif etdiyi maaşın ikiqatını vəd ediblər. Lakin karyerasını Avropanın daha böyük liqalarında davam etdirmək arzusunda olan Juninyonun “Flamenqo”ya cavabı “yox” olub.
Forvard bu keçidin reallaşması üçün hətta öz cibindən 1 milyon avro ödəməyə də razılıq verib. Bu üzdən “Flamenqo” geri addım atıb və yeni hücumçu axtarışına başlayıb.
Qeyd edək ki, Juninyo Olavionun “Sevilya”ya transferinin “Qarabağ”a 4 milyon avro qazanc gətirməsi gözlənilir.