Rusiya Futbol İttifaqı (RFİ) bu il UEFA və FİFA konqreslərində iştirak etməyi planlaşdırır. Matc.az xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksandr Dyukov açıqlama verib.

“Əgər belə bir fürsət yaransa, Rusiya Futbol İttifaqı 2025-ci ildə UEFA və FİFA konqreslərində iştirak edəcək”, - deyə Dyukov bildirib.

UEFA Konqresi aprelin 3-nə planlaşdırılıb və Serbiyanın paytaxtı Belqradda keçiriləcək. FİFA Konqresi mayın 15-də Paraqvayda baş tutacaq.

Qeyd edək ki, 2022-ci ildən Rusiya komandaları FİFA və UEFA turnirlərində iştirak edə bilmirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest