“Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdi”. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin yeni məşqçisi Rəşad Eyyubov deyib. 32 yaşlı mütəxəssis Fernandu Santuşun məşqçilər korpusuna cəlb olunmasına münasibət bildirib. O, təklifi düşünmədən qəbul etdiyini söyləyib.
“Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdi”. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin yeni məşqçisi Rəşad Eyyubov deyib.
32 yaşlı mütəxəssis Fernandu Santuşun məşqçilər korpusuna cəlb olunmasına münasibət bildirib.
O, təklifi düşünmədən qəbul etdiyini söyləyib: “AFFA rəhbərliyindən təklif gəldikdə çox da düşünmədən razılıq verdim. Çünki milli komanda hər bir məşqçinin işləmək üçün arzuladığı yerdi. Vaxtilə futbolçu kimi formasını geyindiyim milli komandaya məşqçi kimi qayıtdığım üçün çox xoşbəxtəm. Üstəlik, Fernandu Santuş kimi böyük mütəxəssisin yanında işləyərək məşqçilik təcrübəmi də artıra bilərəm. Santuş illərin təcrübəsidir, ondan çox şey öyrənəcəyimə əminəm”.
Qeyd edək ki, Rəşad Eyyubovun milli ilə müqaviləsi 2028-ci ilə kimi nəzərdə tutulub.