07 Yanvar 2025, 18:41
FUTBOL
UEFA PSJ-nin sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro maaş borcuna görə Fransa klubuna sanksiya tətbiq edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilir ki, Fransa nəhəngi "Klubların lisenziyalaşdırılması və maliyyə sabitliyi haqqında" reqlamentin potensial pozuntusu ilə əlaqədar UEFA-nın sanksiyalarına məruz qala bilər.
Qeyd edək ki, PSJ bu ayın 15-nə kimi klubun borcunun olmadığını göstərən məlumatları təqdim etmək məcburiyyətindədir.