"Neftçi" Qəbələ şəhərindəki təlim-məşq toplanışını davam etdirir.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın üzvləri toplanışın 2-ci günündə iki məşqə çıxıblar. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən səhər hazırlığında əsasən fiziki və toplu, axşam məşqində isə taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, "Neftçi" qış təlim-məşq toplanışına yanvarın 3-də start verib. Ardıcıl 3 gün "Neftçi" Futbol Mərkəzində hazırlaşan "ağ-qaralar" ayın 6-dan etibarən toplanışı Qəbələdə davam etdirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest