Moskva “Spartak”ının hücumçusu Villian Joze Braziliyaya qayıdır. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu azad agent kimi “Bahia” klubuna keçəcək.

Braziliyalı futbolçu Rusiya klubu ilə müqaviləyə xitam verib. Forvard “Bahia” ilə 3 illik müqaviləni razılaşdırıb.

Qeyd edək ki, Villian Joze “Spartak”a ötən ilin yayında keçib. O, paytaxt təmsilçisinin heyətində 13 oyunda iştirak edib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest