"Flamenqo" klubu Juninyonun transferi üçün "Qarabağ"a ikinci təklifi göndərib. Bu dəfə onlar təzminat olaraq "Qarabağ"a 5 milyon avro təklif ediblər.
"Flamenqo" klubu Juninyonun transferi üçün "Qarabağ"a ikinci təklifi göndərib.
Matc.az xəbər verir ki, bu barədə Brazliyanın "Bola VİP" nəşri məlumat yayıb.
Bildirilir ki, Ağdam klubu Rio-De-Janeyro təmsilçisinin 4 milyonluq ilkin təkifinə rədd cavabı verib. Bu gün braziiyalılar məbləği artırmaqla ikinci təklifi irəli sürüblər. Bu dəfə onlar təzminat olaraq "Qarabağ"a 5 milyon avro təklif ediblər.
Hazırda "Flamenqo" rəhbərliyi "Qarabağ"dan cavab gözləyir. Bakı və Rio arasında 7 saatlıq zaman fərqi isə danışıqları bir qədər ləngidir.
Qeyd olunur ki, Juninyo özü "Flamenqo"da oynamaq istəyir. Buna görə də o, "Sevilya"nın təklifini rədd edib.