Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz daha iki yoxlama oyununu idarə ediblər.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz daha iki yoxlama oyununu idarə ediblər.

Matc.az xəbər verir ki, "Maqdeburq" və Kiyev "Dinamo"su arasında görüşdə Rauf Allahverdiyev, "Novi Pazar"la "Gangwong"un U-23 komandasının duelində isə Əkbər Əhmədov baş hakim olub.

Qeyd edək ki, hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-nə kimi davam edəcək.
 
"Maqdeburq" (Almaniya) – "Dinamo" (Kiyev, Ukrayna) – 3:1
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə

"Novi Pazar" (Serbiya) – "Gangwong" U-23 (Cənubi Koreya) – 1:1
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest