"Real"ın braziliyalı hücumçusu Vinisius Barselonanın 18 saylı İstintaq Məhkəməsinin sədrinə videokonfrans vasitəsilə irqçilik işi üzrə ifadə verəcək.

Matc.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Bildirilir ki, hadisə 2023-cü ilin oktyabrında "Barselona" ilə oyun zamanı baş verib. Həmin matçda 3 katalon azarkeşin irqçi şüarlar səsləndirməsi kameralara tuş gəlib. Onlardan biri azyaşlı olduğu üçün onun işi başqa orqan tərəfindən araşdırılır.

Qeyd olunur ki, yanvarın 23-də Vinisius zərərçəkmiş şəxs qismində məhkəməyə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest