Səudiyyə Ərəbistanın "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema karyerasını bitirəcəyi ilə bağlı iddialara münasibət bildirib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 36 yaşlı forvard açıqlamasında həmin xəbərləri təkzib edib: 

"Bu hekayələr həqiqətə uyğun deyil. Sadəcə cəfəngiyyatdır. Özümü yaxşı hiss edirəm və daha uzun illər oynaya bilərəm".

Xatırladaq ki, mətbuatda futbolçunun cari mövsümün sonunda karyerasını bitirmək istədiyi yazılmışdı.

Benzema 2023-cü ilin yayında azad agent kimi "Əl-İttihad"a klubuna keçib. Bu mövsüm o, bütün turnirlərdə 11 matça çıxıb, 10 qol vurub və 3 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest