11 Yanvar 2025, 15:09
FUTBOL
"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya Superkubokunun "Barselona"ya qarşı keçiriləcək final oyunu öncəsi Madrid klubunun hücumameyilli yarımmüdafiəçisi Cude Bellinqemin fiziki vəziyyətiylə ilə bağlı sualı cavablandırıb.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun durumunun yaxşı olduğunu deyib.
"Hər şey yaxşıdır, Bellinqem sağallb. O, yüngül bir yüklənmə yaşadı. Əsas odur ki, Cud sağaldı, çünki yaxşı formadadır. Bellinqem fərq yaradan oyunçudur".
Qeyd edək ki, "Real" və "Barselona" final oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.