"Neftçi" qış fasiləsində ilk transferini reallaşdırmağa yaxındır. "Ağ-qaralar" yapon oyunçu Ryonosuke Ohori ilə müqavilə imzalayacaq.

"Neftçi" qış fasiləsində ilk transferini reallaşdırmağa yaxındır. 

Matc.az xəbər verir ki, "ağ-qaralar" yapon oyunçu Ryonosuke Ohori ilə müqavilə imzalayacaq. 

24 yaşlı asiyalı mərkəz yarımmüdafiəçi hazırda "Neftçi"nin düşərgəsindədir. Samir Abasovun onu bəyəndiyi bildirilir.
  
Son anda nəsə baş verməsə, Ohori ilə "5 ay + 2 il" müddətinə müqavilə imzalanacaq. Orta sahə oyunçusu qarşıdakı 5 ay müddətində ümidləri doğrultsa, o zaman klub müqaviləni 2 illik müddətinə uzadacaq. 

Vaxtilə Yaponiya U-17 millisində də çıxış etmiş oyunçu 6 və 8 nömrə mövqeyində oynamağı bacarır. Ohorinin son iş yeri Litvanın "Trans İnvest" klubu olub. O, Vilnus təmsilçisinin heyətində 31 matça çıxaraq 18 qol vurmağı bacarıb.

(Fanat.Az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest