12 Yanvar 2025, 10:26
FUTBOL
"Atletik"in yarımmüdafiəçisi Ander Herrera karyerasını Argentinada davam etdirəcək.
Milli.Az xəbər verir ki, ispaniyalı futbolçu "Boka Xuniors"la anlaşıb.
Herrara gələn həftə Buenos-Ayresdə tibbi baxışdan keçib müqaviləyə imza atacaq.
Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi "Atletik"də cari mövsüm bütün turnirlərdə 14 oyunda meydana çıxıb.