Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının Avropa çempionatının ilkin mərhələsində Kosovo ilə keçirəcəyi görüşə təyinatlar açıqlanıb. Matc.az az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüşü Çexiya, Macarıstan və Belçikadan olan hakimlər idarə edəcək.

Oyunda Radim Cep (Çexiya), Adam Çzene-Joo (Macarıstan) və Jiri Berqs (Belçika) iş başında olacaq. Hakim-inspektor vəzifəsini almaniyalı Stefan Veber yerinə yetirəcək. Görüşün "timekeeper"i Laurentiu İlie (San Marino) olacaq.

Qeyd edək ki, Azərbaycan - Kosovo matçı yanvarın 25-də Serravalledəki "Multievent Sport Domus"da saat 21:00-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest