14 Yanvar 2025, 13:23
FUTBOL
Söhbət "Malyorka" və "Rayo Valyekano"dan gedir.
FİFA İspaniyanın 2 klubunu cəzalandırıb. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Söhbət "Malyorka" və "Rayo Valyekano"dan gedir. La Liqanın hər iki təmsilçisinə qışda transfer etməsi qadağası tətbiq edilib.
Bu xəbər hər iki klub üçün gözlənilməz olub. "Malyorka" rəhbərliyi FİFA-nın qərarını inzibati xəta hesab etdiyini bildirib.