"Qarabağ"ın keçmiş qapıçısı Andrey Lunyov maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, rusiyalı qolkiper ötən il onun üçün ən yaddaqalan hadisəni açıqlayıb.
Lunyov bildirib ki, 2024-cü ildə onun üçün ən unudulmaz an “Qarabağ”ın heyətində UEFA Avropa Liqasında "Bayer"ə qarşı keçirdikləri oyunlardı.
Bununla bağlı TASS agentliyinə açıqlama verən qolkiper keçən ilin onun üçün kifayət qədər məhsuldar alındığını vurğulayıb: “2024-cü ildə mənim üçün ən yaddaqalan hadisələr Avropa Liqasındakı oyunlar, xüsusən də, "Bayer"ə qarşı görüşlər idi".
Lunyovun nəzərdə tutduğu matçlar Avropa Liqasının 1/8 finalında baş tutub. “Qarabağ” iki oyunun nəticəsinə (2:2, 2:3) görə Almaniya təmsilçisinə uduzub.
Qeyd edək ki, 33 yaşlı qapıçı ötən ilin yayında “Qarabağ”dan Moskva “Dinamo”suna keçib.