14 Yanvar 2025, 14:25
FUTBOL
“Antalyaspor”un yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Superliqa klubu Emre Belözoğlu ilə anlaşıb.
44 yaşlı mütəxəssis rəhbərliyin 1,5 illik müqavilə təklifini qəbul edib. Tezliklə keçidin rəsmiləşməsi gözlənilir. Belözoğlu bu postda yenicə istefaya göndərilən Aleks de Souzanı əvəzləyəcək.
Qeyd edək ki, Emre Belözoğlu daha əvvəl “Başakşehir” və “Ankaragücü”nün baş məşqçisi olub.