“Hatayspor”un yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Türkiyə klubu yeni çalışdırıcısını açıqlayıb.

Hatay təmsilçisi bu posta Murat Şahini gətirib. Onunla 1,5 illik müqavilə imzalanıb. Şahin dekabrda istefaya göndərilən Rza Çalımbayı əvəzləyib. “Hatayspor” isə hazırda Superliqada 9 xalla 18-ci pillədə qərarlaşır.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Hatayspor”un formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest