14 Yanvar 2025, 18:08
FUTBOL
"Liverpul"un sabiq qapıçısı Loris Karius Almaniyanın "Şalke" klubuna keçib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, qolkiperlə müqavilə cari mövsümün sonuna kimi imzalanıb.
Qeyd edək ki, 31 yaşlı Karius 2024-cü ilin iyulundan azad agentdi. Onun son klubu "Nyukasl Yunayted" olub.
"Şalke" hazırda II Bundesliqa turnir cədvəlində 20 xalla 13-cü yerdədir.