"Mançester Yunayted"in vingeri Markus Reşford "Barselona"ya bildirib ki, Kataloniya klubu onu cari mövsümün sonuna qədər icarəyə götürmək istəsə, yanvarın 15-i daxil olmaqla, bu barədə yekun cavabı verməlidir.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat paylaşıb.
Bildirilir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik 27 yaşlı futbolçunun transferində şəxsən maraqlıdır və artıq Reşfordun transferini təsdiqləyib. Lakin "Barselona" rəhbərliyi hücumçunun son vaxtlar qeyri-sabit çıxışı səbəbindən belə bir transferin məqsədəuyğunluğuna şübhə edir.
Qeyd edək ki, Reşford bu mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında hücumçunun dəyəri 55 milyon avrodur.