İspaniya polisi "Sevilya"nın müdafiəçisi Kike Salası saxlayıb. Futbolçu qanunsuz mərcdə şübhəli bilinir.

Matc.az xəbər verir ki, bu barədə "El Confidencial" məlumat yayıb.

İddialara görə, ötən mövsüm bəzi oyunlarda futbolçu qəsdən və kobud şəkildə qaydaları pozaraq sarı vərəqələr alıb qalıb və dostları matçdan əvvəl buna böyük məbləğdə mərc ediblər.

Futbolçunun iki dostu da istintaqa cəlb edilib. Salas günahkar bilinərsə, o, 6 aydan 3 ilə qədər həbs cəzası ala bilər.

Qeyd edək ki, Salas ötən mövsüm 10 dəfə sarı vərəqə alıb, onlardan 7-i La Liqanın son 9 turuna təsadüf edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest