"Napoli"nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya PSJ-nin futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist və insayder Fabrisio Romano sosial şəbəkələrdə paylaşıb.

Bildirilir ki, futbolçu ilə 5 illik müqavilə imzalanıb və neapollular onun transferinə görə təxminən 70 milyon avro alacaq. Lakin hər iki klubun saytları və sosial şəbəkələrində rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, 23 yaşlı Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində 19 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest