Türkiyənin "Fənərbaxça" klubu bir müddətdir transfer etmək istədiyi Anderson Taliska ilə bağlı yeni qərar verib. 

Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı mətbuatının yaydığı xəbərə əsasən, klub bu transferdən imtina edib.

"Əl-Nassr" Taliskaya ödənilən yüksək maaşın böyük bir hissəsini "Fənərbaxça"nın üzərinə götürməsini istəyib. Bu tələbin nəticəsində də transfer baş tutmayıb.

"Fənərbaxça" rəhbərliyi klub büdcəsini balanslı şəkildə idarə etmək məqsədilə bu transferdən imtina edib. Klubun daha uyğun maliyyə şərtləri olan alternativ futbolçulara yönələcəyi gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest