15 Yanvar 2025, 00:14
FUTBOL
Mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Matc.az xəbər verir ki, Vaqif Cavadovun baş məşqçisi olduğu komanda I Liqa təmsilçisi MOİK-lə qarşılaşıb.
"Kapital Bank Arena"da keçirən qarşılaşmada "Sumqayıt" 3:2 hesablı qələbə qazanıb.
Komandanın qollarını Giorgi Karaişvili, Kamran Quliyev və Rövlan Muradov vurub.
Qeyd edək ki, "Sumqayıt" hazırlıq prosesi çərçivəsindəki ilk yoxlama oyununda "Araz-Naxçıvan"la heç-heçə edib (2:2).