“Qarabağ”dan “Flamenqo”ya transfer olunan Juninyo Olavio tibbi müayinədən keçib. Matc.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı hücumçu viza problemləri səbəbindən komandanın ABŞ-dakı təlim-məşq toplanışına qatıla bilməyəcək. Bu səbəbdən “Flamenqo”nun ABŞ-dakı yoxlama görüşlərində forvard iştirak etməyəcək. Komanda Braziliyaya qayıtdıqdan sonra yeni transfer ictimaiyyətə təqdim edilərək kollektivə qoşulacaq.

Juninyonun “Flamenqo”da debütünü yanvarın 25-də “Carioca - Taca Guanabara” turnirində “Volta Redonda” ilə keçiriləcək oyunda etməsi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” bu transferdən 5 milyon avro qazanacaq. Juninyo yeni komandası ilə 3 illik müqavilə bağlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest