15 Yanvar 2025, 09:40
FUTBOL
“Ayaks” və “Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haqın işsiz günləri başa çatmaq üzrədi. Matc.az xəbər verir ki, niderlandlı mütəxəssisin Almaniyada çalışması gözlənilir.
Çünki o, Dortmund “Borussiya”sının baş məşqçisi postuna əsas namizəddi. Bundesliqa təmsilçisi hazırkı çalışdırıcısı Nuri Şahinlə yolları ayırmaq barədə düşünür. Ten Haq hətta komandanın ölkə çempionatının XVI turunda “Bayer”lə oyununu (2:3) da tribunadan izləyib.
Qeyd edək ki, Erik Ten Haq 2017-2022-ci illərdə “Ayaks”ı, 2022-2023-cü illərdə “Liverpul”u çalışdırıb.