İngiltərə Futbol Assosiasiyası formatda dəyişiklik etməyi planlaşdırır. Matc.az xəbər verir ki, qurum ölkə kubokunda əlavə vaxtı ləğv etməyi düşünür.

Buna səbəb futbolçuların və məşqçilərin yorğunluqdan şikayətlənmələridi. Onlar kubok turnirlərində əlavə vaxtın güc itkisinə yol açdığını bildiriblər. Bu üzdən İFA İngiltərə Kubokunda 90 dəqiqədə qalib müəyyənləşməyəcəyi təqdirdə birbaşa penaltilər seriyasına keçid etməyi nəzərdən keçirir.

Qeyd edək ki, İngiltərə Kubokunda 2018-19 mövsümünə qədər heç-heçə olduğu zaman komandalar arasında ikinci oyun təşkil olunurdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest