“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp karyerasını bitirməsi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis bunu təkzib edib.

Hazırda “Red Bull” şirkətinin idman bölməsinə rəhbərlik edən Klopp sevimli peşəsini görmək üçün təklif gözlədiyini etiraf edib: “Red Bull”da məşqçi olmayacağam. Amma bu o demək deyil ki, məşqçilik karyeramı bitirmişəm. Yaxşı layihə olsa, çalışaram”.

Qeyd edək ki, Yurgen Klopp karyerası ərzində “Maynts”, “Borussiya” (Dortmund) və “Liverpul”da işləyib. O, mövsümün əvvəlində “Liverpul”dan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest