“Legiya”nın hücumçusu Miguel Alfarela karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, fransalı futbolçu “Qarabağ”ın maraq dairəsindədi.

Ağdam klubu 27 yaşlı forvardı heyətinə qatmaq fikrindədi. Lakin bu mübarizədə Premyer Liqanın qalibi tək deyil. Daha 5 komandanın onunla maraqlandığı bildirilir. Bu mənada Fransa klubları çoxluq təşkil edir. Alfarela özü də komandasını dəyişməyi planlaşdırır.

Qeyd edək ki, Miguel Alfarela “Legiya”ya ötən ilin yayında 1 milyon avro qarşılığında “Bastiya”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest