“Ayntraxt”ın futbolçusu Tuta Türkiyəyə köçə bilər. Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi “Fənərbaxça”ya keçmək üzrədi.

İstanbul nəhəngi 25 yaşlı oyunçunun özü ilə artıq hərtərəfli anlaşıb. Almaniya klubu ilə danışıqlar da son mərhələdədi. İlkin razılığa əsasən, “Fənərbaxça” qarşı tərəfə 10 milyon avro ödəcəyəcək. Müdafiəçinin gələn həftə Türkiyəyə səfəri gözlənilir.

Qeyd edək ki, Tuta 2019-cu ildən “Ayntraxt”da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest