“Milan”ın müdafiəçisi Teo Ernandes klubun tarixinə düşüb. Matc.az xəbər verir ki, o, A seriyasının XIX turunda “Komo” ilə səfər oyununda fərqlənməklə buna nail olub.

Teo komandasının 2:1 hesablı qələbə qazandığı görüşün 71-ci dəqiqəsində bərabərlik topunun müəllifi olub. Bu, Fransa millisinin üzvünün İtaliya çempionatında 30-cu qolu olub. Ernandes bununla əfsanəvi Paolo Maldinini keçərək, A Seriyasında “Milan”ın heyətində ən çox qol vuran müdafiəçi rekorduna yiyələnib.

Qeyd edək ki, “Milan” hazırda 31 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest