Dortmund “Borussiya”sı “Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko ilə maraqlanır. Matc.az xəbər verir ki, almanlar ukraynalı futbolçunu icarəyə götürmək istəyir.

Ancaq “topçular” 28 yaşlı oyunçunu birdəfəlik satmağı planlaşdırır. İngiltərə klubu yalnız 20 milyon avroya almaq şərti ilə onun “Borussiya”ya icarəyə yollanmasına razıdı. Zinçenkonu heyətinə qatmaq niyyətində olan digər klublar isə “İnter” və “Fənərbaxça”dı.

Qeyd edək ki, Ukrayna millisinin üszvü bu mövsüm ümumilikdə 11 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest