15 Yanvar 2025, 13:56
FUTBOL
Hücumçu Kristofer Nkunku “Çelsi”dəki durumundan narazıdı. Matc.az xəbər verir ki, Fransa millisinin üzvünü “Bavariya” istəyir.
Almaniya nəhəngi 27 yaşlı forvardla şəxsi müqavilənin detallarını razılaşdırıb. Nkunku “Çelsi” rəhbərliyindən onu buraxmasını xahiş edib. Hazırda klublar arasında danışıqlar gedir.
Qeyd edək ki, Kristofer Nkunkunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilə qədərdi