15 Yanvar 2025, 14:59
FUTBOL
Ulduz futbolçu Kriştianu Ronaldo "Əl-Nəsr"lə müqavilə müddətini yenilədikdən sonra klubun şərikli sahibinə çevriləcək. Matc.az xəbər verir ki, Portuqaliya yığmasının üzvü klubun 5 faiz payına yiyələnəcək.
Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi ilə sözləşməsinin müddətini 2026-cı ilədək uzadacaq və bu anlaşmadan 200 milyon avro qazanacaq. Onun klubla hazırkı sazişinin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"in formasını geyinir.