15 Yanvar 2025, 18:11
FUTBOL
"Kristal Pelas"ın müdafiəçisi Trevoh Çalobah "Çelsi"yə erkən qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Devid Ornşteyn sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, London klubu Çalobaya cari mövsümün ikinci yarısı üçün heyətin vacib hissəsi kimi baxır.
İcarə müqaviləsi 2025-ci ilin may ayının sonuna kimi nəzərdə tutulmuş müdafiəçi "Kristal Pelas"ın heyətində 14 oyunda 3 qol vurub.
Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 21 turdan sonra 4-cü, "Kristal Pelas" isə 15-ci pillədə qərarlaşıb.